Burun əməliyyatdan sonra nələrə diqqət etməliyik?
Biz pasiyentlərə bunları yazılı şəkildə veririk, amma yenə də şifahi şəkildə də izah olunur. Əsas diqqət ediləcək məqamlardan biri qidalanmadır ki, burada da xüsusi bir proqram yoxdur.
Sadəcə möhkəm qidalar yemək qadağandır. Çünki gərginlik yaranmasın deyə yumşaq qidalar – ağartı məhsulları daha çox tövsiyə edirik ki, sümük daha yaxşı bitişsin. Əlavə olaraq mən öz pasiyentlərimə sağa-sola yatmağa icazə verirəm.
Əməliyyatdan sonra tam olaraq olmasa da müəyyən qədər çalışırıq şirin və duzlu qidaları 1 həftəyə qədər azaldırıq ki, hansı ki bunlar ödemi artıra bilər. Yəni 2-3 gün bir az çətinlik yarana bilər. Sonra pasiyent özünü normal hiss edir. Əlavə olaraq 1 həftədən sonra tamamən işçi vəziyyətinə qayıda bilər. 2 həftə sonra heç bir sarğı olmur.
Şişlər-göyərmələr varsa, onlar da keçib gedir. 2 ay müddətində gün altında qaralmağı, dəniz, hovuz və saunanı qadağan edirik. Təxminən 2-3 ay sonra eynək taxmağa da icazə verilir, təbii ki ağır eynəklər istisna.