Septoplastikada yaş həddi nə qədərdir?
Septoplastika dediyimiz kimi burun plastikası deyil, burun çəpərinin əməliyyatıdır. Septoplastika adətən 15-16 yaşdan sonra daha sərbəst götürüb edə bilirik.
Amma pasiyentlər olur ki, kiçik yaşlarda kəskin çəpər əyriliyi olur bu zaman yaş həddi aşağı düşə bilir. Hətta yeni doğulmuşlara belə ehtiyac ola bilər. Amma adətən biz normal hallarda 12-13 yaşdan sonra ehtiyac olarsa, uşaqlarda septoplastika əməliyyatı edə bilirik. Yəni çalışdığımız qədər azyaşlılarda daha qoruyucu əməliyyatlar edirik.
Çünki bu yaşlarda burun formalaşır. Onu da bildirməliyəm ki, daha aşağı yaşlarda septoplastika olunanda pasiyentlərin valideynlərini öncədən xəbərdarlıq edirik ki, gələcəkdə yenidən rinoplastikaya ehtiyac ola bilər, çünki orada müəyyən qədər böyümə zonaları zədələnir.