
30.10.2023
Əməliyyatdan neçə gün sonra normal həyata qayıtmaq olur?
3-4 gün sonra əməliyyat olunan şəxs normal hərəkət edə bilir, gəzintilərə çıxa bilir, hətta təyyarədə də uça bilir. Təbii ki istəsə, çünki burnunda gips olacaq, nəfəsdə müəyyən qədər çətinlik olacaq.
1 həftə sonra gipsi çıxardırıq, bəzən isə plastır yapışdırırıq, ehtiyac olduğu təqdirdə isə ikinci gipsimizi qoyuruq.

Bir sözlə, pasiyentlər 12 gündən sonra normal həyatlarına dönürlər, yəni heç bir plastır gəzdirmirlər. Gözaltı şişlər də varsa, onlar da 2 həftə müddətində tamamilə gedir.
Sosial şəbəkələrdə paylaş