Niyə estetik əməliyyat etdirməliyəm?
Estetik əməliyyat nəinki tək gözəllik üçündür, eyni zamanda onun orqanizmə sağlamlıq baxımından da faydası vardır. Bəzi burunlar var ki, əsasən də Qafqaz burunlarında burun ucu çox düşük olur. Burun ucu düşük olan pasiyentlər və əlavə olaraq da burun çəpəri əyriliklərində tək çəpər əməliyyatı etdikdə burun tənəffüzü tam bərpa olunmur.
Çünki burun tənəffüzünə çətinlik yaradan amillərdən biri də çəpər əyriliyi ilə yanaşı, burun ucunun düşməsi nəticəsində daxili klapanların daralmasıdır. Əgər fikir verirsinizsə, burun ucunu qaldırdıqda daha yaxşı nəfəs alırsınız və çox hallarda burun çəpər əməliyyatları tək aparılmır. Yanaşı olaraq estetik əməliyyat da aparılır. Həmçinin estetik əməliyyatlar təbii ki gözəllik üçün aparılan bir əməliyyatdır ki, hər bir xanım, hətta bəylər belə yaraşıqlı görünmək istəyir.
Estetik əməliyyat olunduqdan sonra xanımlar daha da gözəl görsənir. Hətta deyərdim ki, bizim əməliyyatlardan sonra xanımlar və bəylər minimum 8-10 yaş daha cavanlaşır. Çünki biz çalışırıq insanın doğulduqda yarandığı proporsiyalar var, hansı ki burun necə olub onları geri qaytaraq.
Nümunə olaraq, alın bucağını dərinləşdirməklə biz insanlarda uşaqlıq sifətini almağa çalışırıq. Ona görə də burun əməliyyatından sonra insanlarda cavanlaşma gedir.