drvuqarferhadov@gmail.com
+994 55 351 41 37
Logo
Əsas səhifə / Məqalələr / Septoplastika nədir?
Septoplastika nədir?
30.10.2023

Septoplastika nədir?

Septoplastika burun çəpər əməliyyatına deyilir. Yəni burun çəpərinin plastikası və ya yenidən düzləndirilməsi kimi nəzərdə tutmaq olar bu əməliyyatı. Septoplastika əsasən funksional olur və burun tənəffüzünün bərpası üçün nəzərdə tutulur.

Amma bu zaman xarici burun görkəmində heç bir dəyişiklik olmur. Əgər xarici burun görkəmində dəyişiklik olarsa, artıq bu olur septorinoplastika. Ümumiyyətlə, biz bütün rinoplastikalarda septoplastika edirik. Mən özüm lor həkim olduğum üçün septoplastikaya daha çox önəm verirəm.

Çünki rinoplastikalarda mümkün deyil ki, hər hansı bir pasiyentin burun çəpəri ideal düz olsun. Ona görə də rinoplastika zamanı mən septoplastikanı icra edirəm. Həm də biz ordan götürdüyümüz qığırdaqlarla yeni burun formalaşdırırıq. Həmçinin də rinoplastikadan sonra burunun həcmi kiçilir və orda olan hər hansı bir kiçik maneələri mən aradan götürürəm.

Yəni dediyim kimi septoplastika zamanı heç bir dəyişiklik olmur... Bir məqamı da qeyd edim ki, septoplastikanı ancaq o pasiyentlərə tətbiq edirəm ki, həmin pasiyentlərin burun ucu qalxıq olur, düşük burun ucu olmur.

Çünki düşük burun ucu olan pasiyentlərə mən septoplastika etsəm, burun tənəffüzü yenə də bərpa olunmur, əksinə əməliyyatdan sonra burun qığırdaqları zəiflədiyi üçün getdikcə də burun ucunun düşmə ehtimalı var.


Sosial şəbəkələrdə paylaş