drvuqarferhadov@gmail.com
+994 55 351 41 37
Logo
Əsas səhifə / Məqalələr / Açıq və qapalı rinoplastika arasındakı fərq nədir?
Açıq və qapalı rinoplastika arasındakı fərq nədir?
30.10.2023

Açıq və qapalı rinoplastika arasındakı fərq nədir?

Təbii ki adından da göründüyü kimi, birində əməliyyat açıq, digərində qapalı üsulla olur. Sadəcə kolumella deyilən yerdə qapalı əməliyyatda kəsik olmur.

Əlbəttə, tək fərq bu deyil, çünki açıq əməliyyatda da, məsələn, əməliyyatı etdikdən sonra qoyduğum tikişin hətta yeri qalmır, bəzən isə iz tapa bilmirəm. Elə güman edirəm ki, bu əməliyyatı mən qapalı etmişəm. Ən üstün fərq odur ki, qapalı əməliyyatlarda əməliyyatın əvvəlindən sonunadək burunu nəzarətdə saxlaya bilirəm, açıqda bu bir qədər çətindir.

Əlbəttə, qapalı əməliyyatlarda aldığımız nəticələr açığa baxanda daha da mükəmməl olur, ona görə çalışıram qapalı əməliyyat edim. Həm də qapalı əməliyyatlardan sonra kolumella - burun ucunu qidalandıran sinir və damarlar kəsilmədiyinə görə əməliyyatdan sonra keyimə və göyərmə olmur. Bir sözlə, qapalı əməliyyatların üstünlükləri çoxdur.

Sosial şəbəkələrdə paylaş