drvuqarferhadov@gmail.com
+994 55 351 41 37
Logo
Əsas səhifə / Məqalələr / Piezo rinoplastika nədir?
Piezo rinoplastika nədir?
30.10.2023

Piezo rinoplastika nədir?

Ümumiyyətlə, necə ki tibbin başqa sferalarında yeni texnologiyalardan istifadə olunur, eynilə rinoplastikada da bu tətbiq olunur. Son texnologiya olan Piezotom aparatıdır.

Piezotom aparatı vasitəsi ilə biz əvvəlki kimi sümükləri alətlərlə küt travmatik vurub dağıtmırıq, səliqəli formada kəsirik. Piezo ostotomiyaya sümüklərin kəsilməsinə deyilir. Sümüklər kəsildikdə ətrafları çox hamar, kontrollu və düz olduğundan, buruna daha gözəl formalar vermək olur.

Burunun bir sümüyü donqar, digər sümüyü çökük olur ki, bunları da bir az hamarlamaq olur. Yanaşı olaraq biz Tur aparatından da istifadə edirik. Tur aparatı ilə biz sümükləri hamarlayırıq. Nəzərinizə çatdırım ki, piezo rinoplastika deyilən bir şey yoxdur.

Ancaq piezo aparatı ilə rinoplastikadada ostetomiya olunur. Bəli, burun formasına çox təsir edir, o halda ki, yalnız ondan doğru istifadə olunsun. Ölkəmizdə 4, yaxud 5-ci həkiməm ki, onu 2017-ci ildən istifadə etməyə başlamışam. Ümumiyyətlə, dünya üzrə Azərbaycan piezotomiya aparatından istifadəyə görə 4-cü yerdədir.

Sosial şəbəkələrdə paylaş