Rinoplastika nədir?
Rinopalstika burunun xarici formasında estetik əməliyyat vasitəsilə dəyişikliklərin aparılması prosesidir.
Təyinatına görə 2 hissəyə bölünür:
Funksional və tam estetik. Tam estetik çox zaman xəstələrdə tənəffüz problemi olmayan hallarda olur, yəni sırf pasiyentlərimiz estetik dəyişik üçün bizə müraciət edir.
Funksional isə həm tənəffüz, həm də estetik problemləri həll etmək üçündür. Bu zaman bizim əsas məqsədimiz tək gözəllik üçün deyil, həm də burun funksiyasını yenidən bərpa etmək üçün əməliyyat etmək olur... Tipinə görə də açıq və qapalı əməliyyatlar olur.
Bizim ən çox etdiyimiz əməliyyatlar qapalı olur. Çünki qapalıda daha gözəl nəticələr almaq mümkündür, eyni zamanda bu cür əməliyyatlar daha problemsiz olur.
İlk öncə qeyd edim ki, adenoid burun udlaqda yerləşən limfoid toxuma olan burun udlaq badamcığıdır. El arasında bu burun əti kimi tanınır.
Böyümüş burun əti ilk öncə burun tənəffüsünü pozur və bunun da nəticəsində beyin lazımı oksigeni ala bilmir və nəticədə uşaqlarda zehni inkişaf pozğunluğuna,yuxu pozğunluğuna,tın-tınlı danışığa gecələr ağzı açıq yatmaya, xoruldamaya, gecələr narahat yatmaya və s. səbəb olur.
Burun udlaq badamcığı kapsulu olmayan limfoid toxumadır. Əgər əməliyyat sırasında toxumanın kiçik bir hissəsi qalsa, bu gələcəkdə nəfəs almaya problemlər yarada bilər. Biz əməliyyatlarımızı endoskopik icra etdiyimiz üçün bu tip fəsadlar ilə ratlaşmırıq. Endoskop ilə burun udlaqda olan bütün adenoid toxuması tam təmizlənmə imkanına sahibdir və burun ətinin yenidən əmələ gəlmə şansı sıfıra bərabərdir.
İlk öncə qeyd edim ki, adenoid burun udlaqda yerləşən limfoid toxuma olan burun udlaq badamcığıdır. El arasında bu burun əti kimi tanınır. Böyümüş burun əti ilk öncə burun tənəffüsünü pozur və bunun da nəticəsində beyin lazımı oksigeni ala bilmir və nəticədə uşaqlarda zehni inkişaf pozğunluğuna,yuxu pozğunluğuna,tın-tınlı danışığa gecələr ağzı açıq yatmaya, xoruldamaya, gecələr narahat yatmaya və s. səbəb olur.
Müasir rinoplastika necə icra olunur?
Müasir rinoplastika deyəndə əsas nəzərdə tutulanlar rinoplastika zamanı işlədilən avadanlıqlar, alətlər, aparatlar və əməliyyatın tipidir. Müasir rinoplastikada istifadə olunan aparatlar Tur və Piezo aparatıdır ki, bundan da istifadə edirik. İnstagram səhifəmizdə bu aparatlar haqqında ətraflı məlumatlar paylaşılıb.
Ən müasir və taktik olan bir gözəl əməliyyat tipi qapalı rinoplastikadır ki, bunun sayəsində burunlara daha gözəl forma vermək mümkündür. Burun forması əməliyyatın əvvəlindən sonuna qədər nəzarətdə saxlamaq olur, burun ucu keyimir, göyərmir, çünki burun ucunu qidalandıran sinirlər və damarlar kəsilmir. Deyərdim ki, qapalı əməliyyat müasir rinoplastikanın nailliyyətidir.
Rinoplastikanı kim etməlidir?
Rinoplastikanı kim etməlidir? Lor, yoxsa estetik cərrah?
Təbii ki lor həkimləri də gözəl əməliyyat edir, estetik cərrahlar da... Yalnız burun tənəffüzü ciddi problem olan pasiyentlərdə məsləhət olar ki, lor həkimi bu əməliyyatı icra etsin. Yaxud da estetik cərrahlar lor həkimləri ilə bir yerdə etməlidir.
Çünki burun funksiyasının bərpasını lor cərrahı daha gözəl bilir və icra edir. Ona görə də həddindən artıq ciddi burun tənəffüzündə problemləriniz varsa, lor həkimləri, hansı ki estetik cərrahiyyə ilə məşğul olur; onlara müraciət etməyiniz daha məsləhətlidir. Yaxud hər hansı bir estetik cərrah da lor həkimlə birlikdə bu əməliyyatı edə bilər.
Rinoplastika neçə yaşda edilir?
Burun estetik cərrahiyyəsini neçə yaşdan aparmağa icazə verilir?
Adətən biz xanımlarda 17 yaş, bəylərdə 18 yaşdan sonra bu əməliyyatı icra edirik. Amma göstərişə uyğun olaraq 15 yaşa qədər də etmişik, çünki həddindən artıq əyri burunlar ola bilir ki, nəfəsalma çox çətin olur. Yəni göstərişə uyğun olaraq yaş həddi aşağı düşə bilər.
Yuxarı yaş həddinə qaldıqda isə burada bir hədd yoxdur, amma biz çalışırıq 50-55 yaşdan sonra etməyək. Çünki dəri elastikliyi pozulur, burun qığırdaqları artıq sümükləşir, qığırdaq hissəsi az olur, bir sözlə, çətinliklər yaranır. On