drvuqarferhadov@gmail.com
+994 55 351 41 37
Logo
Əsas səhifə / Məqalələr / Təkrar rinoplastika hansı hallarda və nə zaman edilir?
Təkrar rinoplastika hansı hallarda və nə zaman edilir?
30.10.2023

Təkrar rinoplastika hansı hallarda və nə zaman edilir?

Təbii ki rinoplastikadan sonra bütün əməliyyatlar uğurlu olmur, təkrar əməliyyata ehtiyac ola biləcək qədər problemlər yarana bilər; əyilmələr, burun çökmələri ola bilər, burun donqarlığı yenidən yarana bilər.

Yaxud da çox ətli burunlarda müəyyən qədər uzunmüddətli şiş olduğuna görə dərialtı çapıq toxuma əmələ gəlir ki, bu da burun formasını poza bilər, tənəffüz problemləri, daxili klapan darlığı və başqa problemlər ola bilər ki, bu hallarda təkrar əməliyyata göstərişlər vardır. Bütün həkimlər bundan sığortalanmayıb, əlbəttə.

Adətən təkrar əməliyyatlar 1 ildən sonra olunur. Hətta qalın dərili burunlarda 2 ilə qədər gözləmək olar, çünki bu cür əməliyyatların nəticəsini uzun müddətdən sonra almaq mümkündür. Əgər həddindən çox kiçildilmiş burundursa, bu əməliyyatı tez etmək daha məsləhətlidir, çünki dəri getdikcə qısalır, qısaldıqca da yığılır və onu sonradan uzatmaq olmur.

Çünki kiçik burunlarda məqsəd burunu uzatmaqdır, ona görə də dəri tam qısalmamış və çapıqlaşmamış burunu təcili şəkildə əməliyyat etmək olar, əgər çox kiçildilibsə, hətta 2-3 aydan sonra təkrar əməliyyata belə götürmək mümkündür.

Sosial şəbəkələrdə paylaş